Haqqımızda

2016 – cı ildə yaradılan “AZER-GAK”QSC, Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Texnikalarının Təminatçısıdır. Məqsədimiz, kənd təsərrüfatı bazarı üçün ən yüksək standartlara cavab verən keyfiyyət və əsaslı qiyməti təmin etməkdir.

“GAK” İran Şirkəti ilə eyni şirkətlər qrupuna aid olan “AZER-GAK” , Kənd təsərrüfatı texnikalarının İstehsalı, İnnovasiya və Texnologiyası sahəsində 100 ildən artıq təcrübəyə malikdir. İnanırıq ki, öz təcrübəmiz ilə biz Azərbaycanın hər yerində müxtəlif torpaq növləri üçün lazım olan zəruri avadanlıqları bazara gətirə və qiymətləri nəzərə alaraq, onları yerli fermerlər üçün əlçatan edə biləcəyik.

Zəngin kənd təsərrüfatı bazarı və kənd təsərrüfatı torpaqları olan güclü Azərbaycan Respublikası “AZER-GAK” Şirkətinin yaradılma səbəbidir. Aqrolizinq Şirkətinin köməyi ilə Azərbaycan Hökümətinin planı yerli fermerlərə lizinqin təmin edilməsinə yönəlmişdir, bununla da, biz, bütün mallarımızı Azərbaycanın hər yerində təchiz etməyə və onları alış üçün əlçatan etməyə ümid edirik.

“AZER-GAK”, bütün kənd  təsərrüfatı texnikaları üçün satış, təmir və satış sonrası xidmətləri təmin edən mərkəz olacaq və Azərbaycanda əsas kənd təsərrüfatı mərkəzlərini əhatə etmək üçün zamanla yeni mərkəzlər açacaqdır. Bu kimi xidmətləri göstərərək, biz, fermerlərə vaxtında təmir və ehtiyat hissələrində köməklik göstərməyə ümid edirik. Saytımızda satılan kənd təsərrüfatı texnikalarının istehsalçıları tərəfindən təmin olunan zəmanətlər “AZER-GAK” tərəfindən təqdim ediləcək və yerinə yetiriləcəkdir.

Biz, qarşıdan gələn uzun illər ərzində yüksək keyfiyyətli və yüksək standartlara cavab verən məhsulları təmin etməklə, Azərbaycan fermerlərinə kömək etmək, onları dəstəkləmək və onların inamını qazanmaq üçün buradayıq.